ERA CONS. Azərbaycanda, metal konstruksiya üzrə layihələrin reallaşdırılması üçün tələb olunan hər növ “Dizayn – İstehsal – Montaj” sisteminin, başqa ölkələrdə isə “İstehsal” sisteminin peşəkar işçi heyəti tərəfindən tətbiq olunmasını təşkil edən inteqrə olunmuş tikinti şirkətidir. Bu proseslərin eyni sahədə həyata keçirilməsi tikinti prosesinin sürətini və keyfiyyətini artırır və İstifadəçilərin icra edəcəyi işi asanlaşdırır. ERA CONS. Tikinti layihələrinin əksəriyyətinin istehsal prosesləri şirkətin Bakıda yerləşən fabriklərində xüsusi şəraitdə, nəzarət altında həyata keçirilir.
ERA cons. ayda 350 ton istehsal imkanına malik olan qabaqcıl şirkətlərdən biridir.
Era cons. peşəkar mühəndislərdən, memarlardan və texniki heyətdən ibarət olan texniki ofis ilə lahiyələşdirmə üzrə bu sektorda fəaliyyət göstərən ən təcrübəli komandaya malikdir.
ERA CONS. ISO 9001: 2011 ve EN1090-2 Keyfiyyətin İdarəolunması sisteminə əsasən fəaliyyət göstərir, cari sistem QPR Proses Təlimatı proqramı əsasında fəaliyyət göstərir.
ERA CONS. CNC sualtı Arc qövs qaynaq xətti vasitəsilə tələb olunan istənilən ölçüdə metal konstruksiya istehsal edir, qaynaqdan sonra qalan əyriliklər xəttin əvvəlcədən qızdırılması ilə aradan qaldırılır. Sütunlar, şüalar və purlin üzərindən həyata keçirilən bütün kəsim və burğu işləri “0” dərəcə xəta və yanlışlıq ehtimalı ilə icra olunur.
Bütün xammal, istehlak materialları, məhsullar və yarımfabrikatlar istehsalın hər bir mərhələsində götürülmüş nümunələrə əsaslanaraq öz laboratoriyamızda keyfiyyət üzrə mütəxəssislərimiz tərəfindən müntəzəm nəzarət və sınaqlardan keçir.
İşçi heyətinin davamlı inkişafının zəruri olduğunu nəzərə alaraq bunun üçün vəsait ayırır, o cümlədən tələb olunan bütün materialları və təlimləri həyata keçirir.