Bəyan edirik ki, Əmək, Sağlamlıq və Təhlükəsizlik siyasətimiz aşağıda təqdim olunub;
İşçilərin, podratçıların və ziyarətçilərin fabrikdə və tikinti meydançalarında hal-hazırda qüvvədə olan əmək və sağlamlığın təhlükəsizliyi qaydalarına, kodekslərinə və hüquq mexanizmlərinə əsaslanaraq bütün zəruri təhlükəsizlik tədbirlərini tətbiq etmək,bunun üçün tələb olunan bütün lazımi avadanlıqları təmin etmək.
Əmək və Sağlamlığın Təhlükəsizliyi sisteminin davamlılığını təmin etmək üçün vaxtaşırı yeni hədəflər və təhlillər tətbiq etmək, həmçinin işçilərin sağlamlığına zərər verilməsinin və ya xəsarət alma ehtimalının qarşısını almaq üçün Əmək və Sağlamlığın Təhlükəsizliyi sistemini daima təkmilləşdirmək.
Əmək təhlükəsizliyi prinsipinə əsasən, bütün əməkdaşların Əmək və Sağlamlığın Təhlükəsizliyinə dair zəruri biliklərə sahib olmasını təmin etmək üçün Əmək və Sağlamlığın Təhlükəsizliyi üzrə təlimlər aparmaq Şirkətimiz üçün əhəmiyyətli olan işçilərimizə təhlükəsiz və sağlam iş mühiti təmin etmək və onu təkmilləşdirmək.