Haqqımızda

Xülasə

ERA CONS. Azərbaycanda, metal konstruksiya üzrə layihələrin reallaşdırılması üçün tələb olunan hər növ “Dizayn – İstehsal – Montaj” sisteminin, başqa ölkələrdə isə “İstehsal” sisteminin peşəkar işçi heyəti tərəfindən tətbiq olunmasını təşkil edən inteqrə olunmuş tikinti şirkətidir.

Bu proseslərin eyni sahədə həyata keçirilməsi tikinti prosesinin sürətini və keyfiyyətini artırır və İstifadəçilərin icra edəcəyi işi asanlaşdırır. ERA CONS.-un tikinti layihələrinin əksəriyyətinin istehsal prosesləri şirkətin Bakıda yerləşən fabriklərində xüsusi şəraitdə, nəzarət altında həyata keçirilir.

ERA CONS.-un əsas üstünlüklərindən biri də şirkətin əməliyyat sisteminin “Dizayn – İstehsal – Montaj” anlayışıdır, istehsal prosesi zamanı hər hansı bir struktur problemi yarandığında, bu problem dizayn mərhələsində aşkar olunur və aradan qaldırılır. ERA CONS.-un dizayn qrupu detallaşdırma üzrə tələb olunan bütün prinsipləri nəzərə alaraq şirkətlərin bu sahədə fəaliyyət göstərən statik dizayn və memarlıq qrupları ilə əməkdaşlıq edir. Bunun sayəsində istehsalatın təşkilatı üzrə və müxtəlif bölümlərin tələblərinə görə detalların tərtibi üzrə razılaşmalarda problemlərin yaranma ehtimalı aradan qaldırılır.

 

Niyə Məhz Biz?

  • ERA CONS. ayda 350 ton istehsal imkanına malik olan qabaqcıl şirkətlərdən biridir.
  • Peşəkar mühəndislərdən, memarlardan və texniki heyətdən ibarət olan texniki ofis ilə lahiyələşdirmə üzrə bu sektorda fəaliyyət göstərən ən təcrübəli komandaya malikdir.
  • ERA CONS. təcrübəli və ixtisaslı işçi heyəti ilə dünya üzrə ortaq təşkilatlar təsis edə bilər.
  • ERA CONS. ISO 9001: 2011 ve EN1090-2 Keyfiyyətin İdarəolunması sisteminə əsasən fəaliyyət göstərir.
  • ERA CONS. EN 3834/2 Qaynaq İstehsalı Tələblərinə Uyğunluq sertifikatına layiq görülmüşdür.
  • ERA CONS. CNC sualtı Arc qövs qaynaq xətti vasitəsilə tələb olunan istənilən ölçüdə profil istehsal edir, qaynaqdan sonra qalan əyriliklər xəttin əvvəlcədən qızdırılması ilə aradan qaldırılır.
  • ERA CONS. truss sistemlərin və möhkəm korpuslu sistemlərin istehsalında böyük təcrübəyə malikdir
  • Sütunlar, şüalar və purlin üzərindən həyata keçirilən bütün kəsim və burğu işləri “0” dərəcə xəta və yanlışlıq ehtimalı ilə icra olunur.
  • Bütün istehsal -qaynaq prosedurları Welding Engineering (IWE) sertifiktaına layiq görülmüş qaynaq üzrə mühəndisimizin nəzarəti altında həyata keçirilir.
    • Bütün xammal, istehlak materialları, məhsullar və yarımfabrikatlar istehsalın hər bir mərhələsində götürülmüş nümunələrə əsaslanaraq öz laboratoriyamızda keyfiyyət üzrə mütəxəssislərimiz tərəfindən müntəzəm nəzarət və sınaqlardan keçir.
    • Bütün xammallar, istehlak materialları və xidmətlər üzrə təchizatçılardan göstərdikləri bütün xidmətlər və tədarük etdikləri bütün materiallar üzrə akkreditasiya, keyfiyyət sertifikatı və EN normalarına uyğunluq sertifikatı tələb olunur.
    • İşçi heyətinin davamlı inkişafının zəruri olduğunu nəzərə alaraq bunun üçün  vəsait ayırır, o cümlədən  tələb olunan bütün materialları və təlimləri həyata keçirir.